"ABBA" "Avroviziya"ya gedir?

"ABBA" "Avroviziya"ya gedir?
687 dəfə oxunub
  • A-
  • A
  • A+

İsveçin "ABBA" pop qrupu 50 ildən sonra "Avroviziya" mahnı müsabiqəsinə yenidən qatılmaq qərarı verib.

Axşam.az xəbər verir ki, musiqi tarixində ən uğurlu qruplardan biri olan qrup 6 aprel 1974-cü ildə Böyük Britaniyanın Brayton şəhərində keçirilən 19-cu "Avroviziya" yarışmasında "Waterloo" kompozisiyası ilə çıxış edib və qalib olub.

Britaniyanın "The Sun" nəşri xəbər verir ki, İsveç qrupu 2024-cü ildə yenidən bir araya gələ bilər və bununla da onların karyerasında mühüm rol oynayan müsabiqədə qalibiyyətin 50 illiyini qeyd edəcəklər.

Lakin ABBA sözçüsü, İsveçin SVT kanalına verdiyi şərhdə, Britaniya mediasında yayılan məlumatları təkzib edərək "Şübhəsiz ki, pərəstişkarlar bunu arzulayırlar. Belə plan yoxdur" sözlərini deyib.