"Haqqımı tələb etdim, qeyri-adi nəsə istəmədim"

"Haqqımı tələb etdim, qeyri-adi nəsə istəmədim"
7471 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, aktrisa Ülviyyə Əliyeva çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayevdən şikayət edib.

Axşam.az xəbər verir ki, sənətçi "Günaydın, Azərbaycan" verilişində açıqlamasına aydınlıq gətirib. O bildirib ki, dediklərindən peşman deyil:

"Hər şey olduğu kimi qalır. Haqqımı tələb etmişəm. Qeyri-adi bir şey istəmədim. Sənətim, istedadım göz önündədir. Əvvəl-axır bunu deməli idim. İstedadı Allah verir. Bəndə istedadın qarşısını kəsə bilməz". 

Qeyd edək ki, Ü.Əliyeva Ə.Lalayevin onun Prezident mükafatı və fəxri ad almasına imkan vermədiyini deyib.