"Bahar" serialına yeni aktrisa daxil olacaq.
Axşam.az xəbər verir ki, ekran işində Sahra Şaş rol alacaq. O, 13-cü bölümdən etibarən layihədə "Leyla" obrazına həyat verəcək.
Qeyd edək ki, serialın baş rolunu aktrisa Demet Evqar canlandırır. Serialda eyni zamanda Mehmet Yılmaz Ak və Buğra Gülsoy da çəkilir.
Sahra son olaraq "Kopuk" serialında rol alıb.
