"Harri Potter"də canlandırdığı obrazla məşhurlaşan aktrisa Emma Uotson britaniyalı maqnat və milyarder Ser Filip Qrin oğlu Brendon Qrindən ayrılıb.
Axşam.az xəbər verir ki, cütlük 18 aylıq münasibətin ardından münasibətlərini bitiriblər. 5 ildir ekrandan uzaqlaşan aktrisanın həyatında baş verən dəyişiklər səbəbindən bu addımı atdığı iddia edilib.
Qeyd edək ki, Emma qısa müddətli olmaqla Uilyam “Mak” Nayt, aktyor Chord Overstreet, vençur kapitalı fondunun həmtəsisçisi Brendan Uolles, "Oculus"un baş direktoru Brendan İriba və kaliforniyalı biznesmen Leo Robintonla münasibətdə olub.
Brandon isə bir çox modellə yaşadığı eşq macəraları ilə tanınır.