"Yalı çapkını"nın finalı ifşa edildi

"Yalı çapkını"nın finalı ifşa edildi
15498 dəfə oxunub
  • A-
  • A
  • A+

"Yalı çapkını" serialının finalı ifşa edilib.

Axşam.az xəbər verir ki, baş rollarını Afra Saraçoğlu, Mert Ramazan Demirin oynadığı ekran işinin son yayımlanan bölümü reytinqlərdə birinci olub. Burhan Cahitin kitabına dayanan serialın sonunda nələr olacağı ortaya çıxıb.

Feridlə Seyranın yenidən bir araya gəlib xoşbəxt yaşayacığı qeyd edilib. Amma Fərid Seyrana xəyanət etməkdən əl çəkməyəcək. Böyük villada tək qalan Seyran həyat yoldaşını tərk edəcək. Bundan sonra Fəridin çöküşü başlayacaq. Müflis olan Fərid intihar edəcək.

Kitabda hekayənin sonu belə bitsə də, ssenaristin bunu ekran işinda saxlayacağı və ya dəyişdirəcəyi sual altındadır.