Vatsapda daha bir yenilik

Vatsapda daha bir yenilik
4179 dəfə oxunub
  • A-
  • A
  • A+

Vatsap sosial şəbəkəsində daha bir yenilik edilib. 

Axşam.az xəbər verir ki, tərtibatçılar birbaşa söhbət siyahısında filtrləməni aktivləşdirməyə imkan verən yeni funksiyanı sınaqdan keçirib. "Gizmochina"nın yaydığı məlumata görə, funksiya "Google Play"də beta test proqramı çərçivəsində 2.23.14.17 yeniləməsində mövcuddur.

Tətbiqin yeni versiyasının təsvirinə əsasən, funksiya söhbətlərin filtrlənməsini daha rahat etməyə yönəlib, çünki indi filtr düyməsi birbaşa söhbət siyahısında, hər bir söhbətdə isə ayrıca yerləşəcək.

Vatsap söhbət siyahısında üç filtr təqdim etməyi planlaşdırır. Onlar istifadəçilərə oxunmamış mesajlar, şəxsi söhbətlər və bizneslə bağlı söhbətlər əsasında söhbətlərini təşkil etməyə imkan verəcək.