44 yaşlı Cenniferin gözəl bədən quruluşunun sirri

44 yaşlı Cenniferin gözəl  bədən quruluşunun sirri
5472 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir ay sonra 45 yaşı tamam olacaq dünya şöhrətli ulduz Cennifer Lopez ideal bədən quruluşu ilə hər zaman diqqət mərkəzindədir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı müğənni saxladığı vegeterian pəhrizi və gün ərzində 6 saat davam edən rəqsləri sayəsində formada qaldığını bildirib. Bunun üçün o, Beyons, Cey Zi, Şakira, Farrell Uilyams kimi ifaçıların bədən quruluşuna cavabdeh olan məşqçi Marko Borxeslə işləyir.

Qeyd edək ki, Cey Lonun digər ailə üzvləri, o cümlədən 6 yaşlı əkizləri Emmi və Maks da müğənni ilə birlikdə vegeterian qida rasionundan istifadə edirlər.