Yağlı dəri üçün maskalar

Yağlı dəri üçün maskalar
3148 dəfə oxunub
  • A-
  • A
  • A+

Xanımların ən çox rastlaşdığı problemlərdən biri yağlı dəridir. Yağlı dəri tez-tez səpir, fəsadlar əmələ gətirir.

Axşam.az xarici mətbuata istinadən yağlı dəri problemi olanlara ev şəraitində hazırlaya biləcəkləri maskalar təqdime dir:
 
Dəvədabanı yarpağından maska:

2 xörək qaşığı quru dəvədabanı yarpaqlarının əzilmişini qaynar suya əlavə edib, alınan məhlulu əvvəlcə yüksək, sonra aşağı temperaturda bir neçə dəqiqə qaynadın. Alınan məhlulu tənzifin üzərinə bir qat çəkib, 15-20 dəqiqə üzdə saxlayın. Sonra ilıq su ilə yuyun.
 
Quzuqulağı maskası:

Təzə quzuqulağı və dəvədabanı yarpaqlarını əzib qarışdırın. Qarışığın üzərinə 2 dəfə çox qaynanmış su əlavə edib, 1,5–2 dəqiqə qaynadın. Bir az soyudub, isti halda tənzifin üzərinə qoyub, təmiz üzdə 15-20 dəqiqə saxladıqdan sonra isti su ilə yuyun.