Aygün Bəylərin ailəsindən Aynişana irad - Video

Aygün Bəylərin ailəsindən Aynişana irad - Video
14468 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva mərhum Əməkdar artist Aygün Bəylərin qızı ilə bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, Aynişanın "Hesab açıb, Canan üçün pul yığaq, 18 yaşından sonra istifadə etsin" sözləri birmənalı qarşılanmayıb. Onun bu paylaşımına A.Bəylərin bacısı irad bildirib. 

Aynişan bu haqda özü məlumat yayıb:

"Aygün Bəylərin qızı ilə bağlı paylaşım etdim. İzləyicilərim yazdı ki, hesab açaq və onun üçün pul yığaq. Hər kəsin belə can yandırmağı məni duyğulandırdı. Düşündüm ki, hesab açıb pul yığarıq, qız 18 yaşında ona toxuna bilər. Amma banklar dedi ki, belə bir qayda yoxdur. Onun ailəsi buna icazə verməlidir və pulu idarə etməlidir. Bu da məni narahat etdi, çünki istəmirdim 18 yaşına kimi bu pula kimsə toxunsun. Onun xalası anama zəng etdi ki, bundan sonra Canannın 60 il yaşaması üçün də büdcəsi var. Sevindim".