"Sən mənim həyatımsan, oğlum" - Fotolar

"Sən mənim həyatımsan, oğlum" - Fotolar
2037 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni-bəstəkar Murad Arif oğlu Mikayılla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, ifaçı övladının ad günü olduğunu bildirib.

"Oğul payım, həyatımın bir hissəsi, 12 yaşın tamam olur. Bu 12 ilin hər saniyəsində varlığına şükür etmişik. Arzularınla, xəyallarınla yüksəl, ədalətli, mübariz və cəsarətli ol, sağlam yaşa, 100 yaşa! Yaradanı tanı, şükür et, həyatı sev, həyat da səni sevsin, Mika! Sənə olan bütün diləklərimi mahnımda ("Oğlum" mahnısını nəzərdə tutur - red.) demişəm... Demədiklərimi isə Allaha danışıram, balam. Səsin yüksəklərdən gəlsin. Ad günün mübarək. "Sən mənim həyatımsan, oğlum! Olduğun yerin havası nəfəsdir mənə!" deyə, o, yazıb.

Qeyd edək ki, Muradın Ayla adlı bir qızı da var.