"Avroviziya 2024"ün qalibi bəlli oldu - Video

"Avroviziya 2024"ün qalibi bəlli oldu - Video
3471 dəfə oxunub
  • A-
  • A
  • A+

"Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin qalibi bəlli olub.

Axşam.az-ın məlumatına görə, İsveçrə müsabiqədə 591 səslə birinci olub. Ölkəni Nemo adlı müğənni “The Code”  mahnısı ilə təmsil edib.

İsveçrə münsif səsverməsində 365 xal toplayıb. 

Qeyd edək ki, ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyiblər.

Ümumilikdə 26 ölkə təmsilçisi qalibiyyət uğrunda mübarizə aparıb. Azərbaycan da 12 xalı İsveçrəyə verib.