"Aybəniz Haşımova Aygünün paxıllığını çəkib" - Video

"Aybəniz Haşımova Aygünün paxıllığını çəkib" - Video
3750 dəfə oxunub
  • A-
  • A
  • A+

"Aynişan kimdir ki, Aygün Bəylərin qızı üçün nəsə etsin".

Axşam.az xəbər verir ki, bu sözləri Baku TV-yə açıqlamasında mərhum Əməkdar artist Aygün Bəylərin prodüseri Sultan Mustafayev deyib.

Prodüser Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın xanəndənin övladı Canan üçün pul toplamaq istəməsini tənqid edib. O bildirib ki, bu sözlər mərhumun ailəsi və sevənləri tərəfindən birmənalı qarşılanmayıb:

"Əgər sənətkara bu qədər dəyər versəydin, o, xəstə olanda heç olmasa bir dəfə zəng edərdin, ya da evinə baş çəkərdin. Bu şounu yaratmaq özünü antireklam etməkdir.

Aybəniz Haşımovanın Aygün Bəylərə qarşı paxıllığı olub. Çünki Azərbaycanda ilk Şövkət ansamblını Aygün yaradıb. Sonra depressiya düşdü, musiqidən uzalqaşdı. Aybəniz də özü üçün qrup yaratdı. Aynişana deyirəm ki, özünü yığışdır. Elə etmə bəzi məqamları açım".