Oruc tutanda bədəninizdə nə baş verir?

Oruc tutanda bədəninizdə nə baş verir?
1239 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu il oruc tutanlar təxminən 14 saata yaxın ac qalırlar. Ramazan ayında tutulan oruc ruha mənəvi fayda verməklə yanaşı, bədənin dincəlməsinə və yenilənməsinə də töhfə verir.

Axşam.az xəbər verir ki, ingilis mediası "Oruc tutanda bədəninizdə nə baş verir?" başlıqlı yazı dərc edib.

İnsan orqanizmi son yeməkdən 8 saat sonra oruc tutduğunu anlaya bilir. Yəni, bağırsaqlar son yeməkdə qəbul edilən bütün qidaları tamamilə həzm etdikdə. Sonrakı mərhələdə bədən enerji ehtiyacını ödəmək üçün qaraciyərdə və əzələlərdə qlükoza çevrilir. Qlükoza istehlak etdiyiniz zaman növbəti enerji mənbəyi bədəndəki yağdır. Yağ yandırmaq arıqlamağa, xolesterinin səviyyəsini aşağı salmağa və diabet riskini azaltmağa kömək edir.

Mütəxəssislər qeyd edirlər ki, xroniki xəstəlikləri, şəkərli diabeti və ya digər sağlamlıq problemləri olan insanlar həkimləri ilə məsləhətləşərək oruc tutmalıdırlar. Üçüncü gündən yeddinci gün arasında su içməyə diqqətli olmaq lazımdır. Sahur və iftar vaxtlarında kifayət qədər su qəbulu təmin edilməli, əlavə olaraq karbohidratların və bəzi yağların lazımi qəbulu enerji istehsalı üçün vacibdir. Protein, duz və su kimi müəyyən qida maddələrini balanslaşdırılmış bir pəhriz ilə istehlak etmək vacibdir.

Üçüncü mərhələ hesab edilən səkkizinci gündən 15-ci günə qədər olan müddət orqanizmin oruc tutmağa uyğunlaşma dövrüdür. İngiltərədəki Kembric Universiteti Xəstəxanasının Anesteziya və Reanimasiya üzrə məsləhətçiləri bu mərhələnin bədənə bəzi müsbət təsirləri olduğunu ifadə edərək "Orqanizm yenidən daha vacib funksiyalarına diqqət yetirir və infeksiyalarla mübarizə aparmaq və xəstəliklərdən sağalmaq asanlaşır" deyib. 16-30-cu günlər arasında "detoks vaxtı" başlayır.