“Crocus City Hall”dakı yanğını söndürmək üçün 130 texnika işləyir

“Crocus City Hall”dakı yanğını söndürmək üçün 130 texnika işləyir
1333 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insidentdən sonra yanğın başlayıb.

Axşam.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hazırda yanğının söndürülməsi üçün 320-dən çox insan və 130-dan çox texnikanın cəlb olunub.

Üç helikopterin yanan binaya su tökdüyünü bildirilir.

Qeyd edək ki, terror aktı nəticəsində yaralananlar sayı 130-a çatıb, 40 nəfər ölüb.