Cavanşir Məmmədovun vəsiyyəti

Cavanşir Məmmədovun vəsiyyəti
4115 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün ürəktutmasından vəfat edib. 

Axşam.az-ın məlumatına görə, müğənni son günlər ölümlə bağlı açıqlamaları ilə gündəmdən düşmürdü. 

İfaçı əvvəlcə "Vəsiyyət etmişəm, məni kostyumda dəfn etsinlər" sözləri ilə gündəmə gəlib. O bildirib ki, atasını da kostyumda, qolstukda dəfn ediblər. 

Daha sonra isə C.Məmmədov "Dahilər kəfənsiz dəfn olunub. Öləndən sonra molla gəldi-gəlmədi mənə aidiyyəti yoxdur. Bir molla alim lazımdır. Onun behini də vermişəm. Beş il əvvəl dostumun yas yerində savadlı bir molla ilə rastlaşdım. Ona görə 20 dəqiqə toya gecikdim. Ona yaxınlaşdım, bir şey ötürmək istədim. Götürmədi, dedi, vermiş kimi varsan. Dedim, mən rəhmətə gedəndə yəqin ki, eşidəcəksən. Eşidəndə gələrsən. Dedi, narahat olmayın, sizə böyük hörmətim var" açıqlamasını verib. 

Mərhum bir neçə gün əvvəl isə "Yox, qismət olarsa, xanımı özüm dəfn etməliyəm. Həm də ki, Allahın işinə qarışmaq olmaz. Kimə nə yazıbsa, odur" açıqlaması ilə müzakirələrə səbəb olmuşdu.

Qeyd edək ki, C.Məmmədov bu gün 70 yaşında ürəktutmasından dünyasını dəyişib.