Tolik aşıqlara söz atdı - "Özlərini şou-biznesdə görürlər"

Tolik aşıqlara söz atdı - "Özlərini şou-biznesdə görürlər"
2554 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, bir neçə gündür aşıqlar Telli Borçalı ilə Zülfiyyə İbadova arasında efirdə qalmaqal yaşanır.

Axşam.az-ın məlumatına görə, bunun fonunda aparıcı-prodüser Tarix Əliyevin (Tolik) sosial media paylaşımı diqqət çəkib. 

O, paylaşımında "Deyirəm, ən şokedici odur ki, saz ifaçısı da özünü şou-biznesdə görür" deyə, yazaraq aşıqlara söz atıb.

Qeyd edək ki, Telli və Zülfiyyə bir-birilərinin ünvanına sərt ifadələr səsləndirsə də, bu gün barışıblar.