"Təsadüf" 11 il sonra yenidən trenddə

"Təsadüf" 11 il sonra yenidən trenddə
1026 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımovanın 11 il əvvəl oxuduğu “Təsadüf” mahnısı son günlər TikTok trendə düşüb.

Axşam.az xəbər verir ki, sözügedən platformada mahnıya 1 həftədə 5 minə yaxın video çəkilib. Bu say isə artmaqda davam edir.

Müğənninin Hakan Erol və Leyli Erol-İsrafilova tərəfindən yazılan mahnısı 2013-cü ildə dinləyicilərin ixtiyarına verilib.

Qeyd edək ki, siyahıda Pop kraliçanın "Vəfasızlar", "Qorxuram", "Bilmək olmaz" mahnıları da yer alıb.