"Mədəniyyət Nazirliyi modellərə 50 manat ayırır?"

"Mədəniyyət Nazirliyi modellərə 50 manat ayırır?"
500 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bir ildir Bakıdayam və işsizəm. Bunun səbəbi isə budur: "Azerbaijan Fashion week" dəvət edir və 50 manat qonorar verir. Bilmirəm, yeyinti var və ya yoxdur. Çünki müqavilə imzalanmır, sığortamız yoxdur, vergi ödəmirik. Agentliklər çəkilişə çağırır və müqavilə bağlamır, əmək kitabçamız yoxdur. Bilmirik, həqiqətən Mədəniyyət Nazirliyinin modellərə qoyduğu qiymət 50 manatdır, yoxsa nə?".

Axşam.az xəbər verir ki, bu sözləri model Səmra Hüseynova sosial şəbəkədə paylaşıb. O bildirib ki, Azərbaycanda keçirilən moda günlərində onları 50 manat qonorarla işlədirlər.

Model eyni zamanda heç bir müqavilə imzalanmadığını, işin rəsmi aparılmadığını, vergi ödənilmədiyini iddia edib:

"Modellər həqiqətən bu qiymətə çalışır? İldə iki dəfə Moda Həftəsi olur. Hələ "Baki Fasion week" rəhbərliyi məni "qara siyahı"ya atıb. Model agentlikləri bizi sığortalamırlar. Çünki səhər anoreksiya oluruq, bunu qarşılamırlar. Atırlar küçəyə ki, get sağal, sağalmırsan özün bilərsən. Anoreksiya ilə onkologiya ilə eyni səviyyədədir. Allah heç kimə göstərməsin. İstədiyim odur ki, işimiz sığortalansın. Bir marka reklam ediriksə, modellik sənətinə dəyər verilsin. Bizə "yeriyən çubuq" kimi baxırlar.

Televiziya çağırır və əxlaqsız qadın kimi təqdim edir. Model hər şeyin çılpaqlığını təqdim etməlidir. Bu gün hansısa marka, heykəltəraş, rəssam məni çılpaq çəkirsə, çılpaq olacağam.

Bunu demək istəyirəm ki, bizimlə müqavilə imzalasınlar. Vergi ödəməliyik çərçivəsində müqavilə olsun. Biz də bilək ki, həqiqətən bizə 50 manat ayrılıb, yoxsa, 500 manat, bu isə yeyintidir".