Nadir Qafarzadənin səhhətində problem yarandı

Nadir Qafarzadənin səhhətində problem yarandı
1374 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadənin səhhətində problem yaranıb. 

Axşam.az xəbər verir ki, sənətçi "Elgizlə izlə" proqramına zəng edərək xəstəxanalıq olduğunu deyib.

"Dünən klinikaya getdim, sistem köçürtdülər. Boğazımda qıcıqlanma var idi. Təzyiqim 190-a qalxmışdı. Bu gün də təzyiqim qalxıb və ürək döyüntüm aşağı düşüb. Həyat yoldaşım evdə müalicə edir. Pul, dövlət gəldi gedərdi, Allah can sağlığı versin" deyə, Qafarzadə bildirib.