"Bu səmimilik deyil, sırtıqlıqdır"

"Bu səmimilik deyil, sırtıqlıqdır"
1490 dəfə oxunub
  • A-
  • A
  • A+

"Sənətə qulluq edirsənsə, əgər sənin müəyyən qədər tamaşaçı kütlən varsa, onları arxanca apara bilirsənsə, mütləq danışığına fikir verməlisən".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Rəngarəng səhər" proqramında deyib. O, özünü səmimi adlandıran və efirdə istədiyi şeyi söyləyən sənətçiləri tənqid edib:

"Deyirlər ki, efirdə səmimi olaq. Ay balam, get evində, dostlarının arasında və ya kimin yanında olursan ol. Bura efirdir, danışığına, hərəkətinə, əməlinə fikir verməlisən. Milyonlarla tamaşaçı baxır. Səndən nəsə götürmək istəyən insanlar, gənclər, yeniyetmələr var. Mən səmimiyəm, hər şey edə bilərəm. Bu səmimilik deyil. Bunun bir adı var, sırtıqlıq".