"Avroviziya"dakı uğursuzluq Eldarın adına yazıldı" - Türk mediası

"Avroviziya"dakı uğursuzluq Eldarın adına yazıldı" - Türk mediası
2210 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz ki, Azərbaycan təmsilçiləri Fahree və İlkin Dövlətovun "Avroviziya"da finala vəsiqə qazana bilməməsi tənqid edilib. Sosial şəbəkədə hər kəs Azərbaycan deleqasiyasının üzvlərindən olan və musiqi prodüseri vəzifəsini icra edən Eldar Qasımovu qınayıb. Bir çoxları isə onun istefa verməli olduğunu yazıb. 

Axşam.a-ın məlumatına görə, məsələ ilə bağlı türk mediası da xəbər yayımlayıb. "Azərbaycanın "Avroviziya"dakı uğursuzluğu Eldar Qasımovun adına yazıldı" başlıqlı yazıda Eldarın tənqid olunması qeyd edilib. 

Məqalədə "Azərbaycan 68-ci "Avroviziya" mahnı müsabiqəsinin birinci yarımfinalında mübarizə aparıb. Lakin qardaş ölkə Azərbaycan finala yüksəlməzdən əvvəl yarımfinalda mübarizədən kənarlaşdırılıb. Azərbaycanın “Avroviziya” finalına çıxa bilməməsi reaksiyalara səbəb olub. İki il dalbadal yarımfinalda mübarizəni dayandırmalarına reaksiya verən azərbaycanlılar nümayəndə heyətinin üzvü Eldar Qasımovun istefasını tələb etməyə başlayıblar.  Eldar Qasımovun şəxsi hesabında “Biz sizin istefanızı istəyirik!”, “Avroviziya"dan nə vaxt imtina edəcəksiniz, Eldar bəy” və “Qısa və yığcam. “İstefa, get, get!” kimi şərhlər səsləndirilib" sözləri yer alıb.