Bu gün ikinci yarımfinaldır

Bu gün ikinci yarımfinaldır
261 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün İsveçin Malmö şəhərində 68-ci "Avroviziya" mahnı müsabiqəsinin ikinci yarımfinalı olacaq. 

Axşam.az xəbər verir ki, bu gün 16 ölkə iştirakçısı finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Onlar Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka, Belçika, Ermənistan, İsrail, Estoniya, Gürcüstan, Hollandiya, Norveç, Latviya, San Marinodur.

Qeyd edək ki, final mayın 11-də olacaq. Finala birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır.

Ölkəmizi yarışmada Fahree və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyib.