Lalə Azərtaş 18 yaşı olan qızından yazdı - Foto

Lalə Azərtaş 18 yaşı olan qızından yazdı - Foto
3833 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Lalə Azərtaş qızı Gülarə ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, övladının şəklini yayımlayan aparıcı bunları yazıb:

"Həyatın mənası desələr, onu göstərərəm. Arzun desələr, işarət barmağım yenə ona yönələr. İlkim yenə o özüdür ki, var. Sevgimin bütövü odur. Şükür səbəbimin ən böyüyü odur. Ana kimi müqəddəs adı onun sayəsində qazandım. Üzümün gülüşü ondan qaynaqlanar. Həyatın al-əlavən rəngi onda cəmləşib. Əvvəlim və sonum heç şübhəsiz odur. Ruzi-bərəkətim onunla çoxalıb. Hər şeyin ən yaxşısı ona yönəlib. Mütləq olacaq. Yaradanın izniylə bunu da o edəcək. Bir sözlə hamı, hər şey o. O 18 yaşına qədəm basır. Sağlıqlı, hüzurlu, sevgi dolu davam et. Sənlə bağlı xəyallarımı reallıqda yaşa! Xoşbəxt ol! Allah balamın simasında bütün balaları xoşbəxt etsin".