Dünya ən isti aprel ayını yaşayıb

Dünya ən isti aprel ayını yaşayıb
365 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən ay qlobal miqyasda indiyə qədər qeydə alınan ən isti aprel olub.

Axşam.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, Avropa İttifaqının Kopernik peyk izləmə sistemi tərəfindən aparılan ölçmələrə görə, keçən ayın orta səth hava istiliyi 15,03 dərəcə olaraq ölçülüb.

Həmçinin, son 12 ayda qlobal orta temperaturun 1991-2020-ci illərin orta göstəricisindən yüksək olduğu qeyd edilib.