Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı konsert olacaq

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı konsert olacaq
1552 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Uşaq Filarmoniyası 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı ilə çıxış edəcək.

Axşam.az-ın məlumatına görə, Filarmoniyadan bildirilib ki, konsert mayın 29-da Dövlət Uşaq Filarmoniyası Xəzər rayon Mərdəkan Mədəniyyət sarayında təşkil olunacaq.

Proqramda Dövlət Uşaq Filarmoniyasının bütün kollektivi maraqlı musiqi nömrələri ilə çıxış edəcək.