Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı olub

Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı olub
393 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin olunub.

Axşam.az xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Mustafa Abbasbəyli bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci ildə anadan olub. M.Abbasbəyli 2019– 2020-ci illərdə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. 2020-ci ildən son təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifəsində çalışıb. O, həmçinin 2007-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. 50-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifi, 3 kitabın isə həmmüəllifidir.