Xalq artistinin nəvəsinə vəzifə verildi

Xalq artistinin nəvəsinə vəzifə verildi
2204 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının Kino Agentliyinə direktor müavini təyin edilib.

Axşam.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Qurban Pirimov bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, o, Xalq artisti, tarzən Qurban Pirimovun nəvəsidir.