Qarabağ Universitetində yeni təyinatlar gerçəkləşib.
Axşam.az xəbər verir ki, rektor Şahin Bayramovun müvafiq əmri ilə Səbuhi İbayev İncəsənət fakültəsinin Vokal kafedrasına müdir təyin olunub.
Bu təyinatadək Səbuhi İbayev Azərbaycan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, həmçinin Asəf Zeynallı adına Musiqi Kolleci və Beynəlxalq Muğam Mərkəzində fəaliyyət göstərib.
Şahin Bayramovun digər müvafiq əmri ilə Ceyhun Məmmədov İqtisadiyyat fakültəsinə dekan təyin olunub.
Bundan əlavə, Ceyhun Məmmədov 2016-cı ildən ADA Universitetində iqtisadiyyat sahəsi üzrə müxtəlif fənləri tədris edib.
Qeyd edək ki, Əməkdar artist olan Səbuhi İbayev, həmçinin Prezident mükafatçısıdır.
