Elm adamları yumurta ilə bağlı yeni araşdırma aparıb. Bildirilib ki, hər gün 2 ədəd yumurta yemək orqanizm üçün faydalıdır.
Axşam.az xəbər verir ki, yumurtanın qida rasionuna daxil edilməsinin bir çox müsbət tərəfləri var. Bədənin xolosterin istehsalını əngəlləyir.
Tərkibi Omega 3-lə boldur. Bu da ürək və damar xəstəliklərinin qarşısını alır.
Tərkibindəki fosfolipit qaraciyərdəki toksinlərin atılmasına kömək edir.
Gündə 2 yumurta yesəniz, kolin adlı maddə orqanizminizdə bol olur. Kolin yaddaşı gücləndirir və xərçəng riskini azaldır.
Günlük pəhrizində yumurta olan qadınların süd vəzi xərçəngi riski aşağı olur.