Nazir qəzada xəsarət alanların son vəziyyətini açıqladı

Nazir qəzada xəsarət alanların son vəziyyətini açıqladı
790 dəfə oxunub
  • A-
  • A
  • A+

“Hadisə yerində olduq, xəstəxanada yaralılara baş çəkdik. Reanimasiyada olan 3 nəfərdən başqa hamısı yaxşıdır”.

Axşam.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, həlak olanların şəxsiyyətləri tam məlum olduqdan sonra Azərbaycan gətiriləcək:

“Xəsarət alanları hazırda ölkəyə gətirmək mümkündür. Lakin həkimlərin məsləhətinə görə, onların psixoloji vəziyyəti nəzərə alınaraq yüngül xəsarət alanlar yaxın günlərdə, bəlkə də sabah, ya da o biri gün Vətənə gətiriləcək”.