Ferdi Tayfurun sərvətindən övladlarına nə qədər qalacaq?

Ferdi Tayfurun sərvətindən övladlarına nə qədər qalacaq?
1639 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Ferdi Tayfurun ölümündən sonra sərvətinin övladları arasında necə bölüşdürüləcəyi maraq doğurur.

Axşam.az xəbər verir ki, Tayfurun var-dövləti hələ rəsmi olaraq açıqlanmasa da, Marmarisdə bir körfəz və yarımadası, həmçinin 80 evi və 6 villası olduğu üzə çıxıb.

Türkiyə mətbuatında yayılan məlumatlara görə, Ferdi Tayfurun sərvəti hesablananda onun 5 övladının hər birinə 600 milyon lirə (28 milyon 860 min manat) miras qalacağı öyrənilib.

Həmçinin qeyd olunur ki, mərhum sənətçinin ümumi 3 milyard lirə sərvəti var.