Bu gün Türkiyə telekanallarında yayımlanması planlaşdırılan "Hudutsuz sevda", "İnci taneleri" və "Siyah kalp" seriallarının yeni bölümləri nümayiş olunmayacaq.
Axşam.az xəbər verir ki, buna səbəb isə bir neçə gün əvvəl Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğının yaratdığı həm matəm ab-havası, həm də kifayət qədər reklamın olmamasıdır.
Qeyd edək ki, yanğın nəticəsində 78 nəfər həlak olub.