"Gülüşün həyatımın ən böyük sevinci oldu" - Foto

"Gülüşün həyatımın ən böyük sevinci oldu" - Foto
1549 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Dilarə Əliyeva qızı Banu ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, aktrisa qızının ad günü olduğunu vurğulayıb və onu bu münasibətlə təbrik edib:

"Canım qızım, doğum günündən bir gün ötür. Doğulduğun gün də, ondan sonrakı günlər də mənim üçün dəyərlidir. Çünki həyatımda sən varsan. Həyatıma işıq gətirən, mənim qürur mənbəyim olan sevimli balam, sənə dünyanın bütün xoşbəxtliyini, sağlamlığını və uğurlarını arzu edirəm. Banum, sənin gülüşün hər zaman mənim ürəyimi isitdi və həyatımın ən böyük sevinci oldu. Həyatın boyunca addım atdığın hər yolda uğur qazanasan, hər zaman xoşbəxt olasan və heç vaxt gülüşünü üzündən əskik etməyəsən. Mən səni sonsuz sevirəm və hər zaman sənin yanında olacağam. Doğum günün mübarək!".

Qeyd edək ki, D.Əliyeva "Soy prodakşın"ın rəhbəri Oqtay Əliyevlə ailəli idi. O.Əliyev bir il əvvəl avtomobil qəzasında vəfat edib. Cütlüyün iki qız övladı var.