Miri Yusif həmin şəxsi bağışladı

Miri Yusif həmin şəxsi bağışladı
525 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Miri Yusifin prodüseri Emin Əfəndini onun videolarını yayacağı ilə şantaj edən şəxs ilə bağlı ilkin iclas keçirilib. 

Axşam.az xəbər verir ki, ilkin iclasda Miri Yusif və Emin Əfəndi sözügedən şəxsi bağışlayıb.

Qeyd edək ki, yanvarın 19-u naməlum şəxs vatsap vasitəsilə Emin Əfəndiyə  mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və pul tələb edib. Daxili İşlər Nazirliyinin operativ reaksiyası nəticəsində sözügedən şəxs qısa zamanda polis tərəfindən saxlanılıb.