Bu tarixədək Azərbaycanda məktəb avtobusları olacaq

Bu tarixədək Azərbaycanda məktəb avtobusları olacaq
2314 dəfə oxunub
  • A-
  • A
  • A+

Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadə təşkil ediləcək.

Axşam.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birlikdə 2025-2030-cu illərdə ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların daşınması üçün "məktəb avtobusları"ndan istifadə olunmasını təmin etməlidir.