10 dərəcəyədək şaxta olub

10 dərəcəyədək şaxta olub
249 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Şamaxı, Yevlax, İmişli, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.