Türkiyəli aktyor Sezai Altekin vəfat edib.
Axşam.az xəbər verir ki, aktyor 79 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, S.Altekin məşhur cizgi-filmləri "Şirin Baba", "Baqz Banni" və "Barni Rubble"in obrazlarını türkcə səsləndirib.
O, 2014-cü ildə Kanal D-də yayımlanan "Paşa Gönlüm" serialında "Paşa baba" obrazını canlandırıb. Aktyor teatrda da çalışıb.
Altekin "İntikam", "Böyle bitmesin", "Tatar Ramazan", "Paşa Gönlüm", "Yusuf Yusuf", "Adsız aşıklar" adlı ekran işlərində rol alıb.