Aparıcı canlı yayımda yıxıldı - Video

Aparıcı canlı yayımda yıxıldı - Video
2108 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin “TV100” kanalında “Hande Aydemir ile haberin içinden” verilişində gözlənilməz an yaşanıb.

Axşam.az xəbər verir ki, proqramın aparıcılarından olan Hande Aydemir əyləşdiyi stulun ayağının qırılması nəticəsində yıxılıb.

Həmkarı yanına gedərək, onu ayağa qaldırmağa yardım edib. Baş vermiş hadisəyə baxmayaraq o, verilişə davam edib.

Həmin anlar qısa müddət ərzində sosial şəbəkədə müzakirələrə səbəb olub.

Xatırladaq ki, bir neçə gün əvvəl həmin kanalın aparıcısı Kübra Par efirdə qeyri-etik əl hərəkəti etmişdi və buna görə üzr istəmişdi.