Təyyarə idarəetməni itirəndən 8 dəqiqə sonra “Ковер” əməliyyatı tətbiq edilib

Təyyarə idarəetməni itirəndən 8 dəqiqə sonra “Ковер” əməliyyatı tətbiq edilib
999 dəfə oxunub
  • A-
  • A
  • A+

“Ковер” əməliyyatı barədə məlumat AZAL təyyarəsi idarəetməni itirəndən 8 dəqiqə sonra verilib.

Axşam.az xəbər verir ki, bu barədə AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatda məlumat verilir.

“05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Ковер” əməliyyatı barədə Qoznıya məlumat verir”, - hesabatda deyilir.