Müğənni Nura Suri arxiv fotosunu izləyiciləri ilə bölüşüb.
Axşam.az xəbər verir ki, sənətçi şəklin 19 yaşında lentə alındığını bildirib.
Nura anası ilə olan şəklinə "Bu şəkildə 19 yaşım var. O zaman saçlarımı kəsdirmişdim. O vaxt Demi Murun belə saç düzümü var idi" sözlərini yazıb.
