Oqtay Mirqasımovun alim qardaşı vəfat etdi - Foto

Oqtay Mirqasımovun alim qardaşı vəfat etdi - Foto
1380 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Rüfət Mirqasımov 85 yaşında vəfat edib.

Axşam.az-ın məlumatına görə, mərhum alimin kinorejissor qardaşı, Xalq artisti Oqtay Mirqasımov APA-ya bildirib ki, R.Mirqasımov Amerikada yaşadığı evdə dünyasını dəyişib.

Oqtay Mirqasımovun sözlərinə görə, bir müddət əvvəl qardaşının ürəyində və ağciyərində problemlərlər yaranıb.

Qeyd edək ki, Rüfət Mirqasımov 17 aprel 1940-cı ildə Bakı şəhərində anadan olub.