Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar olub. Mansurov Anar Eldar oğlu baş direktor vəzifəsinə təyin edilib.
Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, A.Mansurov Xalq artisti, bəstəkar Eldar Mansurovun oğludur.
A.Mansurov bundan əvvəl AMB-nin Maliyyə idarəetməsi departamentinin rəhbəri olub.