Müğənni Əli Mirəliyevin xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbır verir ki, buna səbəb itinin ona hücum etməsi olub. Bu haqda “Elgizlə izlə“ verilişində deyilib. İti üstünə tullanan Ə.Mirəliyev yıxılıb və omba sümüyünü sındırıb.
Hadisədən sonra Mirəliyev təcili xəstəxanaya aparılıb. Əməliyyat olunaraq müğənniyə protez qoyulub. Onun hazırda reanimasiyada olduğu bildirilib.