"Halit hərəmdə seriala çəkildi, mən isə bəxtsizəm"

"Halit hərəmdə seriala çəkildi, mən isə bəxtsizəm"
1958 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Oktay Kaynarca son açıqlaması ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, özünü bir aktyor kimi bəxtsiz adlandırıb:

"Bəxtsiz biriyəm. Sonuncu layihəm xaric bu günə qədər çəkildiyim ekran işlərində kişilərin arasında oldum. Məşənin ortasında, əlimdə silah, 20 nəfər kişi ilə illərdir qaçıram. Halit Ərgənçə baxın, hərəmdə (red. - "Möhtəşəm yüz il" serialında "Sultan Süleyman" obrazını nəzərdə tutur) seriala çəkildi. Bu, bəxt işidir".

Qeyd edək ki, Oktay son olaraq "Ben bu cihana sığmazam" serialında rol alıb.