Fələstin əsilli amerikalı məşhur supermodel Bella Hadid xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, modeldə uzun müddət əziyyət çəkdiyi Lyme xəstəliyi (gənə ilə ötürülən borrelioz) yenidən yaranıb.
Anası Yolanda Hadid 28 yaşlı qızının xəstəxanadan çəkilmiş bir sıra fotolarını yayımlayaraq yazıb:
"Bellanın əzab çəkməsinə baxmaq dözülməzdir. Amma onun ağrısı mənimkindən qat-qat pisdir. 2013-cü ildə ona bu diaqnoz qoyulandan bəri yaşadığımız cəhənnəmi təsvir edəcək sözlər yoxdur. Bu xəstəlik bizi diz çökdürdü, amma biz həmişə ayağa qalxırıq. Birlikdə daha gözəl günlər üçün mübarizəmizi davam etdirəcəyik".
O, qeyd edib ki, on beş ildir dünyanın hər bir yerində həkim axtarışına çıxsalar da, hələ də müalicəsi tapılmayıb.