Məşhur sovet animasiya qəhrəmanı "Pişik Leopold" haqqında tammetrajlı bədii film çəkiləcək.
Axşam.az xəbər verir ki, layihə üzərində Rusiyanın kino və animasiya sahəsində fəaliyyət göstərən prodüserlər çalışırlar. Yeni film ailə auditoriyası üçün nəzərdə tutulub və klassik cizgi filminin mehriban, münaqişələri sülh yolu ilə həll etməyə çalışan baş qəhrəmanını yenidən tamaşaçılara təqdim edəcək.
Tammetrajlı filmin çəkiliş və təqdimat tarixi ilə bağlı əlavə detalların yaxın vaxtlarda açıqlanacağı bildirilir.
Qeyd ki, "Pişik Leopold" 1970–1980-ci illərdə böyük populyarlıq qazanıb. Süjet əsasən "Leopold" adlı pişiyin ona daim mane olmağa çalışan iki siçanla münasibətlərindən bəhs edir. Personajın ən məşhur ifadəsi isə “Uşaqlar, gəlin mehriban yaşayaq!” çağırışıdır.