Oğlunun arzusunu ürəyində qoydu

Oğlunun arzusunu ürəyində qoydu
10848 dəfə oxunub
  • A-
  • A
  • A+

“Oğlum 10-cu sinifə keçir. Təhsilini xaricdə almaq istəyir. Buna icazə vermirəm”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Yeganə Mürsəlova “Qonaqcanlı” verilişində deyib. Sənətçi oğlu Ömərdən danışaraq onun arzusunu gerçəkləşdirməyəcəyini bildirib:

“Mənim işimlə bu vəziyyət çox da uyğun gəlmir. Açığı, ürəyimin yarısı onda qalacaq. O, 2 yaşına qədər bütün səfərlərimdə mənimlə olub. İndi isə hər gün yanımdadır. Dərs bitəndə 4 ayını İstanbulda - atasının yanında keçirir. Məktəb başlayanda yenə mənim yanımda olur. İstəyirəm universitedə də burada daxil olsun”.

Qeyd edək ki, ifaçı Fateh adlı Türkiyə vətəndaşı ilə ailə qurub.