Bakırköy Baş Prokurorluğu tərəfindən məşhurlara yönəlik aparılan narkotik araşdırması çərçivəsində daha bir neçə məşhurun test nəticələri bəlli olub.
Axşam.az xəbər verir ki, Məhkəmə Tibbi Ekspertiza İnstitutunun nəticələrinə görə, aktyor Onur Tuna və sosial media fenomeni Özgür Deniz Cellatın nümunələrində marixuananın təsiredici maddəsi olan THC aşkarlanıb.
Zehra Hanzade Gürkanların qan və saç analizlərində isə kokain izləri tapılıb.
Qeyd edək ki, bir müddətdir Türkiyədə aparılan narkotiklə bağlı əməliyyatlar zamanı bir çox məşhur barəsində saxlanılma qərarı verilib.