Tacir Şahmalıoğlu onları məhkəmə ilə hədələdi

Tacir Şahmalıoğlu onları məhkəmə ilə hədələdi
164 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Tacir Şahmalıoğlu sosial şəbəkələrdə onu geyiminə görə tənqid edənlərə cavab verib.

Axşam.az xəbər verir ki, sənətçi instaqram hesabında bunları yazıb:

"Son günlər bəzi sosial media hesablarında və internet informasiya resurslarında mənimlə bağlı yayılan paylaşımları izləyirəm. Təəssüf hissi ilə qeyd edirəm ki, bəzi şəxslər və media platformaları müəyyən görüntüləri qərəzli şəkildə təqdim edərək onları lağ-lağı və istehza mövzusuna çevirməyə, bundan diqqət cəlb etmək və öz maraqları naminə istifadə etməyə çalışırlar. Belə yanaşma nə peşə etikasına, nə də milli-mənəvi dəyərlərimizə uyğun hesab oluna bilər.

Şəxsin şərəf və ləyaqətinin alçaldılması, ictimai nüfuzunun hədəfə alınması və təhqiramiz məzmunun yayılması qəbuledilməzdir. Bu cür davranışlar cəmiyyətdə qarşılıqlı hörmət mühitinə zərbə vurur və yanlış ictimai rəy formalaşdırır.

Bu səbəbdən şərəf və ləyaqətimə, eləcə də ictimai nüfuzuma zərər vuran paylaşım və materialların silinməsini tələb edirəm. Əks təqdirdə, qanunvericiliyin verdiyi hüquqlardan istifadə ediləcək və aidiyyəti şəxslər barəsində müvafiq hüquqi tədbirlərin görülməsi üçün rəsmi müraciətlər olunacaqdır.

Azərbaycan musiqisinə və mədəniyyətinə həsr etdiyim uzun illərin fəaliyyəti, tamaşaçı sevgisi və sənət yolunda qazandığım hörmət isə bu cür qərəzli yanaşmalara verilən ən tutarlı cavabdır".