“Azərbaycanda rollardan ən çox mən imtina etmişəm”

“Azərbaycanda rollardan ən çox mən imtina etmişəm”
168 dəfə oxunub
  • A-
  • A
  • A+

“Heç vaxt heç kimə demədim ki, mənə rol versin. Bəlkə də Azərbaycanda rollardan ən çox imtina edən aktyor mənəm”.

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Kazım Abdullayev “Qapqara” yutub layihəsində deyib.

“Rejissor Ceyhun Mirzəyev məni "Fəryad" filmində erməni obrazına dəvət etmişdi. Dedim ki, istəmirəm, bəsdir, nə qədər erməni obrazını canlandıracağam? Kinorejissor Arif Babayev də məni dəvət etmişdi. Ondan incidim. Dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən məni epizodik obraza çağırırsan. Halbuki o, epizodik rol deyildi. Amma yenə də getmədim” deyə, sənətçi bildirib.